Tələbə qızlara 46 il həbs istənilir

Trabzonda 13 fevral 2017-ci ildə evlərinə çağırdıqları 3 qızdan ikisini döydükdən sonra görüntüləri ictimai mediada bütün Türkiyəyə yayan 3 universitetli qız haqqında iddianamə hazırlandı.
"Habertürk”ün xəbərinə görə, qızlar 46 ilə qədər həbs istəyiylə mühakimə olunacaq. Cinayətin ağırlığı və şübhəlilərin qaçma ehtimalına qarşı həbs olunmaları tələb edilən qızlardan hüquq fakültəsinin tələbəsi Nurçun Ç., "Cəzanı öyrənincə çaşdım. Təcavüzçülər və adam öldürənlər küçədə gəzərkən evimizə gələrək, bizə hücum edənləri vurduğumuz üçün 46 il həbs istənir. Bunu kimsə qəbul edə bilməz. İctimaiyyətin təzyiqi üzündən belə bir iddianamə hazırlandı” deyib.
İddianamənin detallarını vəkilindən öyrənən Hasibe H. "Adam öldürmə yox, işgəncə yox. Özümüzü müdafiə etdik. Video qeydi şişirtmə idi. Evimizi basanlara, prokuror niyə bu qədər az cəza istədi. Təhdid edərək evimə gəldilər. Ev basqını etdilər. Bunlara istəniləcək cəza 3 ildirmi? Evin içində bizə hücum etdilər. Yalan ifadə verdilər. 4 il ona istəyirsən, bizə 46 il istəyirsən. Etdiyimiz doğru deyil, amma ağır bir cəza tələb edilir” deyib. Gözlər iddianamənin göndərildiyi Trabzon 4-cü Cəza Məhkəməsinə çevrilib.