Rəmişə təcili yardım çağırıldı

İlkin tibbi yardımdan sonra ona sakitləşdirici iynə vurulub


Tanınmış gitara ifaçısı, Xalq artisti Rəmişin səhhəti qəflətən pisləşib.

Deyilənə görə "Kanal S”-in dəvətilə Şəkiyə yollanan Rəmiş "Gombullar” verilişinin çəkilişindən əvvəl özünü çox pis hiss edib. Hətta vəziyyət o yerə çatıb ki, təcili tibbi yardımın xidmətinə ehtiyac yaranıb. İlkin tibbi yardımdan sonra ona sakitləşdirici iynə vurulub. Rəmişin həyat yoldaşı Gülü xanım sənətçinin halının pisləşməsini onun həddən artıq yorğun olduğu ilə əlaqələndirdi: "Sözün düzü, onu elə görəndə çox qorxdum. Bilirsiz, artıq cavan deyilik. Yaş öz sözünü deyir. Onun başı ağrıyanda belə mən çox həyəcan keçirirəm. Çünki Rəmiş mənim təkcə həyat yoldaşım deyil, mən onu uşaq kimi bəsləyirəm. Görünür, yol yorğunluğu da səhhətinə təsir etdi, təzyiqi qalxdı. Son günlər bir neçə verilişdə ardıcıl iştirak etdi, ordan bura, burdan o biri çəkilişə, çəkiliş meydançasında saatlarla oturmaq və s. onun səhhətinə təsir etdi. Rəmiş səbrsiz insandı. Hər şeyə tez reaksiya verir. Tez əsəbiləşir. Görünür, bütün bunlar onu zəiflətdi, təzyiqi qalxdı”.