Qaynar çay Xərçəng riskini 8 dəfə artırır




Aparılan yeni tədqiqatlar, qəhvə və çay kimi içkilərin həddindən artıq isti qəbul edilməsinin çox zərərli olduğunu göstərir.

Sherg.az xəbər verir ki, iranlı elm adamları spirt və tütün kimi isti çayın da yemək borusu xərçənginə səbəb olduğunu ortaya çıxarıb. Qaynayan kimi içilən isti içkilər boğazın toxumalarına zərər verir və xərçəng riskini 8 dəfə artırır.

Tehran Universiteti Tibb Elmi tədqiqatçıları tərəfindən aparılan araşdırma "British Medical Journal" adlı tibb jurnalında dərc olunub.

Orta Şərq ölkələrindəki boğaz xərçəngi nisbətinin bu qədər yüksək olması isti çay istehlakı ilə əlaqələndirilir. Çünki bu ölkələrdə siqaret və alkoqol çox az işlədilir. Ancaq çayın isti içilməsi adət halını alıb.

Araşdırma üçün elm adamları, 300 xərçəng xəstəsi və 571 xərçəng ehtimalı yüksək olan şəxslərin çay içmə vərdişlərini yoxlayıb. Araşdırma üçün könüllü olan adamların demək olar ki, hamısı mütəmadi olaraq qara çay içirmiş.

Araşdırma nəticəsində qaynar halda stəkana qoyulan və bir neçə dəqiqə ərzində içilən çayın xərçəng riskini 5 dəfə artırdığı görülüb.

İsti içkilər içməyin xərçəngə səbəb olması isə temperaturun ziyan verici təsiri ilə bağlıdır. Hədsiz isti mayelər boğaz və qida borusuna böyük zərər verir.

Aysel Aslan