Ərdoğan bir ayağı protez olan 3 yaşlı Özgenin atasına zəng edib və...





Sherg.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Antalyada bir ayağı protez olan qızı - 3 yaşlı Özgeni fiziki müalicəyə apara bilmədiyinə görə, 150 lirəyə başa gələn alətlə gəzməyi öyrətməyə çalışan alüminium xarratı 39 yaşlı Əli İhsan İldırıma telefon edib. Prezident ataya "keçmiş olsun" diləyini ifadə edib və ailəyə hər cür dəstək verəcəklərini deyib.

Prezidentin "Bizdən bir istəyiniz varmı"? sualına Əli İhsan İldırım, "Prezidentim, sizdən hüquqi dəstək istəyirəm" - dedi. Ərdoğan isə "Yanınızdakı bələdiyyə sədrimiz eyni zamanda vəkildir. Özü hüquqşünas olduğu üçün prosesi izləyəcək. Biz də Hakan qardaşımızdan məlumatları alacağıq" - dedi.
Bələdiyyə sədri Hakan Tütüncü isə "Bu hamımızın ürəyini parçalayan bir hadisədir. Əlimizdən gələn hər cür köməyi bələdiyyə olaraq təmin edəcəyik. Məsələdən xəbərdar olan kimi bələdiyyə köməkçisi doktor Mustafa Özsoy Bəyə tapşırıq verdim. Özgenin protez ayaq daxil müalicəsi ilə bağlı nəyə ehtiyacı varsa, bələdiyyəmiz üzərinə götürüb. Onları kimsəyə möhtac etmədən lazım olan dəstəyi, köməyi edəcəyik" - dedi.

Hakan Tütünçü hüquqi məsələ olduğunu, səhv müalicə görə Özgenin bu halda olduğunu öyrəndiyini əlavə edib:

"Məsələnin məhkəməyə daşıdıldığını və nəticə alınmadığını da öyrəndim. Xüsusi bir vəkillik bürosu vasitəsilə məsələni izləyəcəyik. Yəni ailəyə hüquq mübarizəsində ən yaxşı şəkildə dəstək verəcəyik. Ürəyi yanan ata da bizimdir, balaca Özge də bizim övladımızdır. Ürək yanğınlarını bir az da olsa dayandırmaq üçün yanlarında olacağıq".

Aysel Aslan