"Kurikulum tədris planının mahiyyətini bəzi müəllimlər anlamır"




"2007-ci ildən dərsliklər yeni kurikulum tədris planları əsasında hazırlanıb, dərslər yeni innovativ metodlarla keçirilir".

Bunu Sherg.az-a Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyib. O bildirib ki,nəinki valideynlərimiz, müəllimlərimizin bəziləri belə bu proqramların mahiyyətini yetərincə anlamır: 

"Onun tətbiqində xüsusilə, valideynlər arasında narazılıqlar var. Proqramı, metod və üsulları bilməyən, məzmunun nədən ibarət olduğunu başa düşməyən, anlamayan valideynin öz uşağını hazırlaması, istər ibtidai, istərsə də yuxarı siniflərdə qeyri-mümkündür. Bu baxımdan valideynlər xoş günlərindən deyil, məcburiyyət qarşısında qalaraq, özlərinin ailə büdcəsinə qənaət edib, uşaqlarına ödənişli müəllim tutmaq, repetitor yanına göndərmək məcburiyyətindədirlər". 

Aysel Aslan