Azərbaycanda bu şəxslər üçün SIM-kart satışı sadələşdirildi




Azərbaycanın mobil rabitə operatorları Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları ilə əlaqədar xarici vətəndaşlar üçün SIM-kart satışlarını sadələşdirib.

Sherg.az bildirir ki, bunu Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə məlumat verib.

Onun sözlərinə görə, sadələşdirilmiş üsul turist və iştirakçılara mobil nömrələri bir ay ərzində rəsmiləşdirmə zərurəti olmadan almağa imkan verəcək: "Bu yenilik iyunun 1-dək davam edəcək, ondan sonra nömrə sahibləri mobil rabitə xidmətlərinin təchizatçısı ilə müqavilə bağlamalıdır".

Xarici vətəndaşlar SIM-kartı şəxsiyyəti təsdiq edən dörd sənəddən birini - miqrasiya kartı, şəxsiyyət vəsiqəsi, ümumvətəndaş pasportu və ya müvəqqəti qeydiyyat haqqında sənədi təqdim etməklə ala bilər.