Sərnişin avtobusu və 3 maşın toqquşdu, tıxac yarandı

Avtomaşınlara ciddi ziyan dəyib





Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində zəncirvari qəza baş verib.
APA-nın məlumatına görə, Mərkəzi Neftçilər Xəstəxanasınbın qarşısında baş verən qəzada "Niva", "Mercedes Benz ML", 49 saylı marşrut avtobusu və "Mercedes Benz C klass" markalı avtomaşınlar toqquşub. Yüksək sürətlə hərəkət edən "Mercedes Benz ML" markalı avtomobil öncə "Mercedes Benz C klass"a , daha sonra avtobusa çırpılıb. Yoldan çıxan maşın "Niva"ya çırpılıb. Zərbənin təsirindən "Niva" aşıb. Xətai Rayon Yol Polisi İdarəsindən verilən məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. Avtomaşınlara ciddi ziyan dəyib.
Qəza ilə bağlı yolda böyük tıxac yaranıb. Yolda nəqliyyatın normal hərəkətini təmin etmək məqsədi ilə hadisə yerinə əlavə polis qüvvələri cəlb edilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.