Bakıda BƏDBƏXT HADİSƏ: 2 uşaq liftin şaxtasına düşdü




Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Xətai rayonunda iki azyaşlının liftin şaxtasına düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq şaxtaya düşmüş uşaqları xilas edərək aidiyyatı üzrə təhvil veriliblər. Əməliyyat saat 15:26-da başa çatıb.