Orxan Zeynalovun həbs müddəti 4 ay artırıldı

Müstəntiq qərarını müttəhimin telefon danışıqlarının yoxlanması, ekspertizanın nəticələrinin alınması zərurəti ilə izah edib


Dünən Moskvanın Presnensk Rayon Məhkəməsində Azərbaycan vətəndaşı Orxan Zeynalovun həbs müddətinin uzadılması barədə vəsatətə baxılıb.APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, hakim Tatyana Vasyuçenko 25 yaşlı Yeqor Şerbakovun təqsirləndirilən Orxan Zeynalovun həbs müddətinin aprelin 10-dək uzadılması barədə istintaq orqanının vəsatətini təmin edib. Müstəntiq qərarını müttəhimin telefon danışıqlarının yoxlanması, dörd şahidin yerinin müəyyənləşdirilməsi və ekspertizanın nəticələrinin alınması zərurəti ilə izah edib: "İstintaq müddətində azadlığa buraxılacağı təqdirdə, Orxan Zeynalovun qaçıb gizlənməsi ehtimalı böyükdür. Çünki o, başqa ölkənin vətəndaşıdır”.

Orxan Zeynalovun vəkil vəsatətə etiraz edib və etirazını müdafiə etdiyi şəxsin saxlanılarkən zorakılıqla üzləşməsi ilə əlaqələndirib. Müstəntiq bu məsələ ilə bağlı araşdırmaların aparıldığını, lakin hələlik nəticə əldə olunmadığını deyib.

Qeyd edək ki, Y.Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini etiraf edib.