Üç qolla doğulan uşağın bir qolunu kəsdilər




Adanada üç qolla doğulan Hülya Enzelik görənlərin təəccübünə səbəb olmuşdu.
İbrahim və Məryəm Enzeliklərin, dördü əkiz olmaqla, beş övladı var. Dörd il əvvəl dünyaya gəlmiş Hülya üçüncü qolla doğularkən hər kəsi təəcübləndirmişdi.
Şanlıurfadakı həkimlər, çaşqınlıq içində olan valideynləri Adanadakı Çukurova Universitetində Balcalı xəstəxanasına yönləndirmişlər.
Kiçik qızı qəbul edən professor Cenk Özkan 4 il ərzində mütəmadi müayinə apararaq, artıq 4 yaşına gəlmiş Hülyanın sağlamlığına ciddi problrm yaratmağa başlamiş üçüncü qolunun kəsilməsinə qərar verir. Üç ay əvvəl keçirilən əməliyyatla kişik qızın kürəyindəki qolu kəsilib götürülür.
Həkim, əməliyyatın ağır keçsədə, uğurlu alındığını deyib. "Belə hallara, adətən əkiz övladları olan ailələrdə rast gəlinir. Enzelik ailəsinin də, bundan əvvəl iki əkiz övladları olub. Hülya tamamilə sağlamdır, gəzir, heç bir problemi yoxdur” – deyə C.Özkan bildirib.