Fransanın "Lemonde" qəzeti Türkiyəni "vurdu" - QƏRƏZ





Fransanın "Lemonde" qəzeti Türkiyəni "vurdu". 

Belə ki, mütəmadi olaraq qardaş ölkənin əlehinə əsassız, qərəzli  məlumatlar tirajlayan adıçəkilən qəzet bu dəfə də Türkiyədə dövlət çevrilişinə cəhddən sonra başlanan təmizləmə prosesi nəticəsində saxlanılan 2 müəllim haqda yazıb. 

Sherg.az "lemonde.fr"ə istinadən xəbər verir ki, Türkiyə hakimiyyətinin qeyri-müəyyən addımlarına etiraz edən müəllimlər - Nuriyə Gülmən və Semih Özakça 67 gündür ki, aclıq aksiyasına başlayıblar. Və onlar 67 gün ərzində  su və qənddən başqa heç nə yemirlər. N.Gülmən 9, S.Özakça isə 14 kilo arıqlayıblar. Nəticədə hər ikisinin səhhətində ciddi problemlər yaranıb.

Ayyət Əhməd