Heç kimin girə bilmədiyi dəlixana...

Tehran şəhərində olan bu dəlixananı “ölüm kamerası” adlandırırlar



 İlk dəfə olaraq iranlı  fotoqraf sensasiyaya imza atıb.  İran mətbuatının  məlumatına görə, fotoqraf Tehran şəhərindəki dəlixanaya girməyə nail olub. Fotoqraf  dəlixanadan çəkdiyi fotoları yayımlayıb.
Fotolardakı görüntülər insanın qəlbini ağrıdır. Həmin görüntülərdə xəstələrin yaşadığı dəhşətlər görənləri şoka salır.
Qeyd edək ki, həmin xəstəxanada tez-tez intihar hadisələri baş verir. Elə bu səbəbdən də, bu xəstəxananı "ölüm kamerası” adlandırırlar.(anspress)
Qeyd edək ki, fotoqrafın təhlükəsizliyini qorumaq məqsədilə onun kimliyi açıqlanmır.