Suriyadan Azərbaycana 10 ailə gəlib

Onlar BMT vasitəsilə burada sığınacaq alıblar


Müharibə gedən ölkələrdən insanlar xilas olmaq üçün müxtəlif dövlətlərə üz tutur. Suriyada da baş verən döyüşlərdən sonra bəzi suriyalı vətəndaşlar BMT vasitəsilə Azərbaycandan sığınacaq istəyiblər.

"Azərbaycan Miqrasiya Mərkəzi” İctimai Birliyinin sədri Əlövsət Əliyevin "Şərq”ə verdiyi məlumata görə, Suriyadan Azərbaycana gələnlər var: "Bu hadisələrə qədər Azərbaycanda

yaşayan suriyalılar olmasına baxmayaraq, onlar müharibə vaxtı geri qayıtmadılar. Müharibədən sonra ölkəmizə yeni suriyalı qaçqınlar da gəlib, amma sayı diqqəti cəlb edəcək qədər çox deyil. Onlar mənə yox, BMT-yə müraciət ediblər. Təxminən 10 ailədir. Onlar əsasən Suriyada Azərbaycan vətəndaşı ilə nikaha düşənlər və burada qohumları, dostları olanlardır”.

Ə.Əliyev həmçinin digər müharibə gedən ölkələrdən gələn əcnəbi vətəndaşların sayı haqqında danışıb: "Əsasən İrandan, İraqdan, Əfqanıstandan, Çeçenistandan, hətta, Kotivardan, Fil Dişi sahilindən vətəndaşlar gəlib, qaçqın statusu ilə bağlı Azərbaycana müraciət ediblər. Aralarında dövlət tərəfindən qaçqın statusu ilə təmin olunan əcnəbi vətəndaşlar da var”.

Mərkəz sədri bir müddət əvvəl Azərbaycan futbol klubu tərəfindən aldadılaraq Azərbaycana dəvət olunan iki afrikalının sonrakı talehlərinin necə olmasına da aydınlıq gətirib: "Azərbaycan hökuməti onların sənədlərini araşdırır, məsələ hələ açıq qalıb”.

Vüqar Şahinoğlu