16 yaşlı gənc gəmidə yoxa çıxıb




Ailəsi İzmitdə məskunlaşan və xüsusi bir liseydə təhsil alan 16 yaşlı Xəlil Buğra Hiyləgər yoxa çıxıb. Gecə evə gəlməyən və yaxınlarının gəmilə Gölcüyə getdiyini öyrəndiyi Hiyləgərin təhlükəsizlik kamerası qeydlərində gəminin arxa tərəfinə getdiyi müəyyən olunub. Gəminin arxasına getdikdən sonra görünməyən Xəlil Buğra Hiyləgərin dənizə düşdüyü və ya intihar etmiş ola biləcəyi göz altına alınaraq dənizdə axtarışa başlanılıb. Təhlükəsizlik kamerası görüntülərini izləyən anası və qardaşı Berat Boran Hiyləgər, Xəlil Buğra Hiyləgərin gəminin arxasına gedərkən görünməsindən başqa qeydin olmaması üzərinə "İntiharmı etdi?” deyə qışqıraraq sinir böhranı keçirdi. Ana ilə oğulu Berat Boran Hiyləgər, təcili yardıma Gölcük Dövlət xəstəxanasına aparıldı. Dənizə düşdüyü və ya intihar etmək məqsədi ilə suya atılmış ola biləcəyi bildirilir.