Bir rayon ŞOKDA: 2 nəfər özünü öldürüb





Bərdə rayonunda iki intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Bərdə şəhərində Meşəçilik İnstitutunun yaxınlığında, Qasımbəyli kəndinə gedən yolun kənarındakı fərdi yaşayış evində 1963-cü il təvəllüdlü Bayramov Ziyəddin Mikayıl oğlu özünü asaraq intihar edib. 51 yaşlı kişi özünü yaşadığı evin həyətindəki su çənindən kəndirlə asıb.
Bundan başqa Bərdə rayonunun Mehdili kəndi yaxınlığında, Yuxarı Qarabağ kanalından naməlum kişi meyiti tapılıb. Araşdırmalar nəticəsində meyitin Mingəçevir şəhər sakini, 1953-cü il təvəllüdlü Osmanov Bəkir Yunis oğluna məxsus olması müəyyən edilib. Onun üzərində hər hansı xəsarət-zorakılıq əlaməti aşkarlanmayıb. B.Osmanovun intihar məqsədi ilə özünü kanala atdığı ehtimal edilir.
Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb. Araşdırmalar aparılır.