Gürcüstanda azərbaycanlıların ədavəti - mağaza partladıldı, 1 nəfər güllələndi






Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində 28 yaşlı azərbaycanlı gənc qətlə yetirilib. Qətlə yetirilən şəxs rayon sakini 28 yaşlı Nazim Məmmədovdur. Şahidlərin bildirdiyinə görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
APA TV-nin xəbərinə görə, qətlə yetirilən Nazim Məmmədov bibisi qızı Ayşən Əli qızı Məmmədova ilə evli olub. Onlar sonradan boşanıblar. Boşandıqdan sonra Nazim Məmmədov qohumu Elminaz Xalid qızı Həsənovanı qaçırıb. Bu isə Ayşən Məmmədovanın və Elminaz Həsənovanın valideynlərini hiddətləndirib. Onun keçmiş qayınatası Əli Məmmədov və qaçırdığı qızın atası Xalid Həsənov Nazim Məmmədovun çalışdığı Marneuli bazarına gediblər. Əli Məmmədov öncə Nazimin atası Nizami Məmmədovun bazarın içindəki mağazasına qumbara atıb, sonra bazarın qarşısındakı ərzaq dükanında çalışan Nazim Məmmədovu mağazasına girərək mağazanın içində onu güllələyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Araşdırma aparılır, şahidlər dindirilir. Hadisəni törədən Əli Məmmədov və digər iştirakçılar qaçıblar. Cinayəti törədən Əli Məmmədovun 9 il məhkumluq həyatı yaşadığı, həbsdən bu yaxınlarda azad olunduğunu bildirilir.