179 yaşı kişi Hindistanda tək yaşay: “Deyəsən, əzrail məni unudub”






Hindistanda tək yaşayan Mahaşta Murasinin yaşını eşidənlər qulaqlarına inanmır.
M. Murasinin 179 yaşı var. Onun yaşını təsdiq edən bütün lazımi sənədləri yerindədir.
1835-ci ildə doğulan Murasi 1957-ci ilə qədər ayaqqabı təmirçisi işləyib. 122 yaşında təqaüdə çıxan kişi, əzrailin onu unutduğunu deyir: "Deyəsən, əzrail məni yaddan çıxarıb. O qədər uzun bir ömür sürdüm ki, nəvələrimin nəvəsinin ölümünə də şahid oldum. 150 yaşdan çox yaşayan biri yoxdur. Hərdən düşünürəm ki, bəlkə də mən ölümsüzəm”.
Qeyd edək ki, 179 yaşlı kişinin axırıncı dəfə müraciət etdiyi həkimi 1971-ci ildə vəfat edib. Hindli qoca ən yaşlı kişi olaraq Ginnes Rekordlar Kitabına düşüb.