ƏIində qumbara partladı: barmaqlarını itirdi





Göyçayda bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, aprelin 27-də Göyçay şəhərində yaşayan Ramil Qasımovun ehtiyatsızlığı nəticəsində əlində qumbara alışdırıcısı partlayıb. Nəticədə R.Qasımovun sol əlinin 2 barmağı amputasiya edilib.
Göyçay RPŞ əməkdaşları tərəfindən onun evinə baxış zamanı 1 ədəd qumbara da aşkar edilərək götürülüb.