Los-Ancelesdə azərbaycan və erməni icması görüşəcək

Görüşdə Minsk qrupunun amerikalı həmsədri iştirak edəcək



"May ayında Los-Ancelesdə Ermənistan-Amerika və Hyustondakı Azərbaycan-Amerika Cəmiyyəti ilə görüşüb Dağlıq Qarabağ münaqişəsini müzakirə etməyi səbirsizliklə gözləyirəm”. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik "Twitter" səhifəsində yazıb.
Xatırladaq ki, son danışıqlar da daxil olmaqla Ermənistan-Azərbaycan münaqişəsinin həllin istiqamətində hər hansı tərəqqi əldə edilməyib.