İmran Cəfərzadənin babası 1,5 milyon təzminat istəyir





Bu gün Xaçmaz rayon Məhkəməsində ötən il iyulun 21-də "Nabran Holiday Village” istirahət mərkəzində baş verən faciə ilə bağlı tutulan şəxslərin məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin ifadələri dinlənilib. İfadə verənlərdən Rəşad Zərbəliyev dövlət tərəfindən təyin olunmuş vəkildən imtina edib.
İmran Cəfərzadənin babası Cavanşir Baxşıyev məhkəmədən "Nabran Holiday Village”nin dəymiş ziyana görə 1,5 milyon manat təzminat ödəməsini istəyib.
Növbəti məhkəmə prosesi may ayının 13-nə təyin olunub.