Araz Əzimov: “...Ermənistan rəhbərliyindən çox şey asılıdır”





 "Xalq diplomatiyası öz-özünə həlledici rol oynaya bilməz, sonucda Ermənistan rəhbərliyindən çox şey asılıdır. Bu ölkə gərək ölçü götürsün, bu ölkənin rəhbərliyi ciddi qərarların qəbul edilməsinə hazır olduğunu bildirsin”.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan xarici işlərinin müavini Araz Əzimov jurnalistlərə açıqlamasında bildirib.
"Xalq diplomatiyası populyar bir termindir. Bu diplomatiyanın tərkibində müxtəlif metodlar və mexanizmlər var. İnformasiya mühitinin inkişafı ilə xalq diplomatiyasının yeni imkanları əmələ gəlib” - deyə A.Əzimov qeyd edib.
Nazir müavini təəssüflə vurğulayıb ki, Ermənistanda Qarabağ problemi ilə bağlı plüralizm müşahidə olunmur.