Almaniya prezidenti Türkiyədə Ərdoğanı sərt tənqid elədi

Yoahim Qauk: "Ərdoğan sərt beynəlxalq tənqidi vecinə almır"



 Ankarada rəsmi səfərdə olan Almaniya prezidenti Yoahim Qauk Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanı sərt tənqid edib.
ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Abdullah Güllə görüşdən sonra mətbuat konfransında çıxış edən Yoahim Qauk bəyan edib ki, Ərdoğanın məhkəmə sistemini öz nəzarəti altına salmağa çalışmasının səbəblərini anlaya bilmir.

Almaniya prezidenti öz çıxışında həm də Türkiyədə sosial şəbəkələrin bağlanması məsələsinə də toxunub. O, həm də bildirib ki, Ərdoğan sərt beynəlxalq tənqidi vecinə almır. "Məsələn, Ərdoğan niyə "Youtube” və "Twitter”i bağladı? Onu bu işə nə vadar etdi?”, - deyə Almaniya prezidenti soruşub.