Aktrisa Mətanət Əhmədova: “Bəxtiyar Hacıyevə Harvardda xuliqanlıq etməyi öyrədiblər?”






Gənc fəal Bəxtiyar Hacıyevdən polisə şikayət edən aktrisa Mətanət Əhmədova AzNews.az-a açıqlama verib. Aktrisa bildirib ki, dünən yazdığı ərizə ilə bağlı Sabunçu rayonu polis idarəsinin 13-cü polis bölməsinə gedib və Hacıyevi ilk dəfə orda görüb: "O yazıb ki, polis onu təhqir elədi, neynədi. Bəs onun elədiyi təhqirləri hara yazaq? O mənə yazır ki, sən fahişəsən, kişilərdən pul alırsan. Onun əlindən pul alıb qaçmayıblar ki? Notarial qaydada müqavilə imzalayaraq pul verib. Getsin versin məhkəməyə pulunu tələb eləsin. Ona Harvardda qəbiristanlıqda əl bağlayıb, hədə-qorxu gəlmək, xuliqanlıq etmək öyrədiblər?”.

Aktrisanın dediyinə görə, Bəxtiyar Hacıyev 13-cü bölmədə polislərin gözü qarşısında da onu təhqir edib: "Mən də Azərbaycan vətəndaşı kim öz hüququmu tələb edirəm. Mənə deyir ki, filan nazir mənə mesaj yazdı, filan generalla dostam. Hansısa general, nazir onun işinə cavab verəcək? Sən mənim ərimi oğurla apar, başına oyun aç, sonra da de ki, filan nazirin adamıyam. Elə şey olur? O kimə güvənir? Mənə yazdıqlarını aparıb qoymuşam polisin stolunun üstünə ki, bu adam mənə hədə-qorxu gəlir. Deyir ki, 20 ailənin pulun alıb qaçmışam. Həftədə beş gün efirdə olan adamam, dediklərinin birini sübut eləsin. Ağızdan quş buraxmaq asandır e. Məni qadın görüb üstümə gəlir? Onun yoldaşımla problemi var, özləri həll etsinlər. Amma mənə hədə qorxu gəlməyi kişiliyinə sığışdırırsa, ona sözüm yoxdur. Kişi qalıb qıraqda, düşüb mənim üstümə. Utanmır, onun anası, bacısı yoxdur? Bəsdir də hamını şərlədin. Nə qədər susuram xeyri yoxdur. O camaatı təhqir edib, onu heç kim təhqir etməyib”.

Qeyd edək ki, Bəxtiyar Hacıyev bu gün mətbuata müraciətində bildirib ki, dünən Sabunçu rayon polis idarəsinin 13-cü polis bölməsinə dəvət olunub və bölmə rəisi İltimas Yusifli tərəfindən təhqirə məruz qalıb. Onun sözlərinə görə, özünü çox pis aparıb, məmura yaraşmayan hərəkətlər edib.