Aqşin Yeniseyin səhhətində ciddi problemlər yarandı






"Mənim səhhətimdə problem yaranıb. Məhz səhhətimlə əlaqədar 20 günlük müalicə kursu götürdüm”. Bunu AzNews.az-a şair, bu günlərdə baş redaktoru olduğu "1937.az” saytından uzaqlaşdırılan Aqşin Yenisey bildirib. Şair bildirib ki, onun yazıları "1937.az”da həmişə çap olunacaq: "İstirahət müddəti götürdüm. 20 gündən sonra "1937.az” saytına qayıdıb-qayıtmayacağımı yalnız rəhbərlik deyə bilər. Ola bilsin ki, desinlər, geri qayıdım. Amma mən istirahətdə olsam da, yazılarım orada çap olunur. O saytda həmişə yazılarım çap olunacaq".

Qeyd edək ki, şairin son vaxtlar spirtli içkiyə qurşandığı bildirilir.