Yaxşı ki, Fərat çayı var

Sərhəddə beton divar çəkməklə, Suriyaya keçənlərin qarşısını almaq mümkün deyil


Suriyadan Türkiyəyə qeyri-qanuni keçənlərin qarşısını almaq və qaçaqçılığa mane olmaq məqsədi ilə iki dövlətin sərhəddində beton divar inşa edilir. Yüksəkliyi 2 metrə çatan beton bloklardan ibarət divarın uzunluğunun ilk etapda 1200 metr, daha sonra isə 8 kilometr olacağı bildirilir.

Türkiyə-Suriya sərhəddində hörülən divar barəsində danışan politoloq Qabil Hüseynli qeyd edir ki, beton lövhələr müxtəlif ölkələrdən Türkiyə vasitəsilə Suriyaya keçənlərin qarşısını müəyyən mənada alacaq. Amma bütövlükdə qeyri-qanuni axının qarşısını kəsmək mümkün deyil. Çünki Türkiyənin Suriya ilə sərhəddi həddindən artıq böyükdür. Əlbəttə, bütün sərhəd boyu beton piltələr düzmək, barı çəkmək imkansızdır. Düzdür, divar çəkilən yerlərdə qanunsuz keçidlərin qarşısını almaq nisbətən asan olacaq. Ancaq hasar çəkilməyən çox uzun sərhəd zonasında yenə də əvvəlki vəziyyət davam edəcək. Ümumiyyətlə, Türkiyə ilə Suriya arasında bütün sərhəd boyu tikanlı məftillər və sərhəd zastavaları olmadığından qeyri-qanuni keçidlərə yüz faiz nəzarət etmək mümkün olmur. Hələ yaxşı ki, Türkiyə-Suriya sərhəddində Fərat çayı var. Nə qədər qanunsuz sərhəd pozuntularının sayını iti axan bu çay alır”.

İsmayıl