6 yaşlı qızın qatili...

Vəhşi cinayəti necə törətdiyini izah etdi




6 yaşlı Gizəmin qatili S. A., Respublika Prokurorluğundakı sorğunun ardından çıxarılan məhkəmə qərarı ilə həbs olundu. S. A. cinayəti necə törətdiyini izah etdi, qorxunc vəhşilik ortaya çıxdı.

Adanada 2 gün itkin düşən balaca Gizəmin qatili, atasının əmioğlusu 25 yaşlı S. A olduğu müəyyənləşib. S. A. məhkəməyə verdiyi ifadəsində vəhşi cinayəti necə işlədiyini izah etdi. Kiçik Gizəmin bacısı Qəmzə ilə könül əlaqəsi yaşadığını, ailəsinin buna qarşı çıxmasıyla ayrıldıqlarını və bu səbəblə intiqam hissləri ilə yaşadığını söyləyib. "Qəmzədən ayrıldıqdan sonra içimdə ailəyə qarşı kin və nifrət böyüdü. Gizəm olmasaydı da ailədən bəzilərini öldürəcək və ya yaralayacaqdım.”deyə danışdı. S. A., uşağı "Piknikə gedəcəyik” deyə aldadıb, avtomobillə apardığı çöldə əllərini, ayaqlarını, ağızını bantla bağladığını, bıçaqladıqdan sonra yaralı halda üzərinə benzin töküb yandırdığını etiraf edib.