Ayan Füzuli Musayevi məhkəməyə verdi

Səbəb “atalığın müəyyən olunması”dır




Tanınmış müğənni Ayan Babakişiyeva keçmiş həyat yoldaşı Füzuli Musayevi məhkəməyə verib.

Müğənninin keçmiş ərini məhkəməyə verməsinin səbəbi "atalığın müəyyən olunması”dır. Aprelin 25-də hakim Zaur Əliyevin sədrliyi ilə keçən iclasda prosesə ilkin baxış keçirilib. Bildirək ki, işə Səbael Rayon Məhkəməsində baxılır. Dünən mediada müğənni Ayan Babakişiyevanın keçmiş həyat yoldaşı Füzuli Musayevi məhkəməyə verdiyi ilə bağlı xəbər yayılıb. Sənətçi Axşam.az saytına açıqlama verərək bu məlumatın mətbuata sızmasından xəbərsiz olduğunu bildirib və rəsmi bəyanat verərək şəxsi həyatı ilə bağlı xəbərlərə qadağa qoyub: "Bu xəbəri mediaya mən sızdırmamışam. Məhkəmə məndən xəbərsiz məlumatı yayıb. Belə xəbərin yayılmasının da tərəfdarı deyiləm. Bu gündən etibarən şəxsi həyatımla bağlı xəbərlərin, mənim dilimdən eşidilməyən hər hansı sözün yazılmasına qadağa qoyuram. Jurnalistlərlə münasibətim yaxşıdır. Amma mənim xəbərim olmadan şəxsi həyatımı işıqlandıran hər kəsi məhkəməyə verəcəm. Hər gün təzə bir pis xəbər görmək istəmirəm. Ancaq yaradıcılığımdan yazılsın. Neçə vaxtdır şəxsi həyatım gündəmdən düşmür, susuram. Bugünkü xəbər isə son hədd oldu. Buna son qoymaq istəyirəm. Məhkəmə söhbətini mediaya çıxartmağı düşünmürəm”. Qeyd edək ki, Karate üzrə dünya çempionu, Fövqəladə Hallar

Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayevlə A.Babakişiyeva 7 illik münasibətdən sonra ayrılıblar. F.Musayav bu yaxınlarda mətbuata verdiyi müsahibəsində mügənni ilə münasibətlərindən söz açaraq Ayanla əlaqəsini həyatının səhvi adlandırmışdı. Onu da əlavə edək ki, cütlüyün bir müddət öncə Selena adlı qızı dünyaya gəlib.