Bakıda kişi özünü nazirlik qarşısında yandırmaq istədi

Özünü yandırmaq istəyən şəxsin kimliyi məlum olub



Bu gün saat 11:00 radələrində Bakının Səbail rayonu ərazisində bir nəfər intihara cəhd edib. Həmin şəxs Daxili İşlər Nazirliyinin inzibati binasının qarşısında bir nəfər özünü yandırmaq istəyib. Səbail rayon Polis İdarəsi 9-cu polis bölməsindən verilən məlumata görə, həmin şəxs özünü yandırmaq istəyərkən, hadisə yerində olan hüquq-mühafizə orqanları ona mane olublar. Polislər həmin şəxsi saxlayıblar.
Məlum olub ki, həmin insan hansısa probleminin həll olunmamasından narazı olub. O, bu yolla öz etirazını bildirib.
Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində intihara cəhd edən şəxsin Şükür Məmməd oğlu Məlikov olması müəyyən edilib.
Hazırda faktla bağlı araşdırma aparılır.