BQXK nümayəndələri Bakıda əsirlərlə görüşdü

Görüş zamanı hərbi əsir və bir ailənin 5 üzvünə ailələri barədə məlumatlar verilib



Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Azərbaycanda saxlanılan erməni hərbi əsir və bir ailənin üzvü olan 5 mülki şəxslə görüşüblər. Komitənin mətbuat xidmətinin rəhbəri İlahə Hüseynovanın ANS PRESS-ə verdiyi məlumata görə, görüş aprel ayının 29-da Bakıda baş tutub. Görüş zamanı saxlanılan əsirlərə ailələri barədə məlumatlar verilib. Onların məlumatları da ailə üzvlərinə vçatdırılacaq.
Qeyd edək ki, ötən il avqustun 7-dən 8-nə keçən gecə erməni silahlı bölmələrinin hərbçisi Akop İnciqulyan qoşunların təmas xəttinin Ağdam cəbhəsi istiqamətində Azərbaycan Ordusunun nəzarəti altında olan hissəsinə keçib.
Bundan başqa, Azərbaycanda Ermənistan vətəndaşı olan 5 mülki şəxs saxlanılır. Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir.