Bakıda tutulan 12 dilənçi Yevlaxa göndərildi





Bakının Binəqədi rayon ərazisində dilənçilərlə bağlı növbəti əməliyyat keçirilib. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Binəqədi rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşları tərəfindən dilənçiliklə məşğul olan 12 nəfər (onlardan 6-sı qadın və 6-sı azyaşlı) saxlanılan və aidiyyatı üzrə Yevlax rayon Polis Şöbəsinə göndəriliblər.