14 yaşlı oğlanı vuran sürücü belə etdi: Hadisəni ört-basdır etmək üçün zərərçəkəni xəstəxanadan qaçırdıb






Cəlilabad rayonunda azyaşlı uşağın xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in verdiyi məlumata görə, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Cəlilabad sakini Vüsal Rasimoğlu Əliyevin idarə etdiyi "Mercedes” markalı minik avtomobililə yolu keçmək istəyən piyada 14 yaşlı Əvəzağa Mahmudağa oğlu Mailzadəni vurub.
Piyada ağır vəziyyətdə Cəlilabad Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Həkimlərin xəstəni müayinə edib. Lakin sonradan xəstə qeyri-qanuni olaraq xəstəxanadan uzaqlaşdırılıb.
Həkimlərin verdiyi məlumata görə, azyşlının müayinəsi zamanı onun ayaq nahiyyəsində çoxsaylı sınıqlar olub. İlkin ehtimala görə, hadisəni törədən tərəf olanları ört-basdır etmək üçün zərərçəkəni xəstəxanadan qaçırdıb.
Cəlilabad rayon polis şöbəsinə məsələ ilə bağlı məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.