Anası şok içindədir: Xanım Qafarovanın müalicəsi fayda vermədi








Azərbaycanın əməkdar artisti, Dövlət Musiqili Teatrın aktrisası Xanım Qafarova Milli Onkoloji Mərkəzdən evə buraxılır.
Bu barədə AzNews.az-a aktrisanın anası məlumat verib.
O deyib ki, bu günə qədər aparılan müalicə kurslarına baxmayaraq, X. Qafarovanın səhhətində müsbət irəliləyiş əldə olunmayıb: "Xanım 10 gündən artıqdır ki, xəstəxanadadır. Çoxlu qan vursalar da, analiz bədənində qanın az olduğunu göstərir. Bu isə o deməkdir ki, edilən müalicənin faydası olmayıb. Ona görə də həkimlər Xanıma evə getməyi məsləhət biliblər”.

X. Qafarovanın anası əlavə edib ki, artıq nə edəcəyimi bilmir: "Nə edəcəyimi bilmirəm. Ana-bala bas-başa yaşayırdıq. Azyaşlı qızı necə böyüdəcəyəm, Xanıma nə deyəcəyəm, heç bilmirəm? Uşağı Xanımın Türkiyədə olduğunu düşünür”.

Qeyd edək ki, Xanım Qafarova onkoloji xəstəlikdən əziyyət çəkir. Xəstəliklə əlaqədar olaraq aktirisa 3 dəfə əməliyyat olunub.