Şeyx deyən kimi etdi

Qamət Süleymanov tərəfdarlarına müraciət edib



"Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanov tərəfdarlarına müraciət edib.
O, facebook-dakı rəsmi səhifəsindəki yazdığı müraciətdə Ramazan ayının ilk gününün iyun ayının 29-na düşdüyünü bildirib: "Sabah axşamdan etibarən Ramazan orucu üçün niyyət edilməlidir. Allah bütün ibadətlərimizi qəbul etsin!”
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının 4 gün əvvəl verilmiş fətvasında da Ramazan ayının ilk gününün iyunun 29-da olacağı bildirilib.
Əvvəlki illərdə ölkədəki şiə və sünnilər, həmçinin sələfilər üçün Ramazan əsasən bir gün fərqilə 
başlayır və bitir.