Merkel Putinə ümid edir






Almaniya kansleri Angela Merkel Rusiyanın Ukraynanın şərqində vəziyyəti nizama salacağını gözləyir.

Modern.az rus KİV-nə istinadla xəbər verir ki, rəsmi Moskva gözlənilən addımları atmasa, Avropa Birliyi bununla bağlı ölçü götürəcək. Angela Merkel onu da bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenkonun 15 bəndlik sülh planına reaksiya qənaətbəxş deyil. Almaniya lideri qeyd edib ki, buna baxmayaraq vəziyyətin pozitiv inkişafını da müşahidə etmək olar.

O, bunu Federasiya Şurasının Rusiya qoşunlarının Ukrayna ərazisində istifadə edilməsi barədə qərarın ləğv edilməsi ilə əlaqələndirib.