Bakı bulvarındakı atraksionda gənc qızı vəhşicəsinə döydülər




Ötən gün saat 21:00-da Bakının Səbail rayon ərazisində 21 yaşlı qızı vəhşicəsinə döyüblər.
Səbail rayon Polis İdarəsi 39-cu Polis Bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bulvarda baş verib.
Belə ki, 1993-cü il təvəllüdlü Güleyşan Vaqif qızı Mustafayeva rəfiqəsi Fatimə Ağayeva ilə "Vikinq” atraksionunda əylənərkən qəfil gənc oğlanın hücumuna məruz qalıb.
Gənc oğlan rəfiqəsilə əylənən qıza arxadan təpiklə vurub. Daha sonra qıza bir neçə yumruq zərbəsi vurub.
Qızların qışqırtısına ətrafda olan insanlar yığışıb. Bu zaman həmin oğlan ərazidən qaçıb. Deyilənlərə görə, oğlan qızları əvvəlcə izləyib və onlara söz atırmış.
Polis qızı döyən oğlanın axtarışlarına başalyıb.
Faktla bağlı araşdırma aparılır.