Аmerikalı həmsədrə göstəriş verilib

"Rəsmi Bakı və İrəvan birbaşa danışıqlara başlamalıdır"



ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində böyük səylə çalışır. ABŞ-ın Ermənistandakı səfiri Con Haffern "Amerikanın səsi” radiosuna müsahibəsində belə deyib.
Onun sözlərinə görə, Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikə göstəriş verilib ki, o, danışıqlardan müsbət nəticə əldə etmək üçün Azərbaycan və Ermənistana təsir göstərsin.
"Hazırda Qarabağ danışıqlarında heç bir irəliləyiş yoxdur. Ona görə də Ceyms Uorlik təlimatlandırılıb ki, rəsmi Bakı və İrəvanın birbaşa dialoqlara başlaması üçün yollar axtarıb tapılsın”, deyə Con Haffern bildirib.