İŞİD Türkiyə ilə sərhəddə bayraq qaldırdı

Naməlum səbəblərə görə endirilən bayraq ötən gün sərhəddə yenidən qaldırılıb



İraq Şam İslam Dövləti Türkiyə sərhədində bayraq qaldırıb.
ANS PRESS-in məlumatına görə, terrorçular Türkiyənin Şanlıurfa vilayətinin Akçakale qəsəbəsəi ilə sərhəddə yerləşən Suriyanın Telabyad qəsəbəsində İŞİD-in bayrağını dalğalandırmağa başlayıb.
İŞİD Telabyad qəsəbəsində nəzarəti ələ alıb. Burada əvvəl də İŞİD bayrağı qaldırılmışdı. Lakin iyunun 15-də həmin bayraq naməlum səbəblərə görə endirilmişdi. Ötən gün axşam saatlarında isə bayraq yenidən qaldırılıb.
Qeyd edək ki, İŞİD Türkiyəni də ələ keçirəcəyi barədə bir sıra bəyanatlar vermişdi. Terrorçuları Türkiyəni İstanbulu almaqla hədələyir.