Hərbi çağırışda yenilik

SHXÇDX-nin rəsmi saytında xüsusi bölmə bu gündən aktivləşib



Azərbaycanda iyulun 1-dən 30-dək həqiqi hərbi xidmətə yollanacaq çağırışçılar xidmət edəcəkləri hərbi hissələr barədə məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəsmi internet saytından öyrənə bilərlər.
APA-nın məlumatına görə, SHXÇDX-nin rəsmi saytında bu məqsədlə hazırlanmış bölmə bu gündən aktivləşib.
Vətəndaşlar http://www.seferberlik.gov.az/elektron/military bölməsinə daxil olaraq, özləri barədə informasiyanı daxil etməklə, xidmət edəcəkləri hərbi hissəni öyrənə biləcəklər.