Bakıda əylkəncə mərkəzində bomba həyəcanı: gənclər təxliyə olundu






Bakıda gənclərin əyləncə mərkəzlərinin birində həyəcanlı anlar yaşanıb.
AzNews.az-a daxil olan məlumata görə, həyəcana səbəb Nizami rayonu, metronun "Neftçilər" stansiyası yaxınlığında yerləşən "Plaza" barına bomba qoyulmasıyla bağlı məlumatın yayılması olub.
Xəbərə görə, bara partlayıcının yerləşdirilməsiylə bağlı polisə məlumat verilib və əraziyə dərhal hüquq mühafizə orqanlarının əməkdaşları gəlib.
Əraziyə gələn polis hazırda sözügedən barda əməliyyat keçirir, bardakı adamlar bayıra çıxarılır.
Qeyd olunan yerə təhlükəsizlik qüvvələrinin əməkdaşları və bir sıra məsul şəxslərin gəldiyi bildirilir.

Hadisə barədə əlavə məlumat verəcəyik.