Qolun adı: Di Mariaya

Argentina da 1/4 finalda



Argentina - İsveçrə matçı 1-0 Lionel Messinin komandasının xeyrinə bitdi. Bununla da Argentina millisi 1/4 finala vəsiqə qazananlar arasına daxil oldu. Qolu isveçrəlilərin qapısından oyunun 118-ci dəqiqəsində Angel Di Maria keçirib. Qeyd edək ki, vurulan qolda Lionel Messinin böyük əməyi olub. O, topu meydanın mərkəzindən götürərək Di Mariaya məhsuldar ötürmə edib.
Qeyd edək ki, Argentina bu turda Belçika-ABŞ cütlüyünün qalibi ilə görüşəcək.