Qubada zəlzələ qeydə alınıb





Azərbaycanda növbəti dəfə zəlzələ olub. Bu barədə Lent.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. İlkin məlumatlara əsasən, yerli vaxtla saat 12:49-da Siyəzəndən 18 km cənub-qərbdə, Qubada zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Verilən məlumatda qeyd olunub ki, yeraltı təkanlar 3.2 maqnitudada, 2 km dərinlikdə qeydə alınıb.