Minaya düşən çoban öldü

O, Ağdama oğlunun yanına gedibmiş

Dünən səhər minaya düşən Azərbaycanın mülki vətəndaşı dünyasını dəyişib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Yevlax rayonunda çoban işləyən Mirzə Vəli oğlu Həmzəyev yerləşdirildiyi hospitalda dünyasını dəyişib. Qeyd edək ki, minaya düşən Mirzə Vəli oğlu Həmzəyev 1964-cü il təvəllüdlüdür. Onun Yevlax rayonundan gəldiyi bildirilir. O, Ağdama oğlunun yanına gəlibmiş. Mirzə Həmzəyev ərazini yaxşı tanımadığı üçün neytral zonaya keçib və minaya düşüb.