Erməni politoloq Kəlbəcərdəki həbsdən danışdı





"Ermənistanla Azərbaycan arasında elə bir ciddi gərginlik yoxdur”. Bu barədə dünən İrəvanda keçirdiyi mətbuat konfransında Qafqaz İnstitunun direktoru, politoloq Aleksandr İskandaryan bildirib.

Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda iki azərbaycanlı dinc sakinin tutulması və birinin öldürülməsi barədə xəbəri şərh edən İskandaryan qoşunların təmas xəttində belə hadisələrin daima baş verdiyini və bunun "cari durumun tərkib hissəsi olduğunu” vurğulayıb.

Ekspert bildirib ki, bu təmas xəttinə nəzarətin yaxşı və pis olmasından asılıdır.

Jurnalistlərin suallarına cavab verən İskandaryan bildirib ki, bu hadisə hər hansı iri hərbi əməliyyata səbəb ola bilməz.