Dirəyə dırmaş, hədiyyəni al





   
       İndoneziyanın paytaxtı Cakartada ənənəvi "Panjat Pinang" bayramı başa çatıb.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, ölkə hələ Hollandiyanın müstəmləkəsi olduğu dönəmlərdə, 1700-ci ildə əsası qoyulmuş bu bayramın ən maraqlı məqamlarından biri də yağ çəkilmiş bambuk dirəyə dırmaşmaq yarışıdır. Yarışanlar dirəyin başındakı hədiyyələri əldə etməyə çalışırlar.