Vəzifəli şəxsin oğlu dəhşətli qəzada öldü

Dəhşətli qəzada ölən 34 yaşlı Sənan Quliyev subay olub

 


Dünən Şabran rayonunda baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, Bakı-Quba yolunun 110-cu kilometrliyində "KamAZ" markalı yük maşınına çırpılan "Mercedes"i Bakı sakini, 34 yaşlı Sənan Quliyev idarə edirmiş. O, hadisə yerindəcə keçinib. Avtomobildə olan sürücünün dostu Əfqan Əsgərovun isə ayaqları sınıb.
Lent.az-ın əldə etdiyi digərməlumata görə, dəhşətli qəzada ölən 34 yaşlı S.Quliev Səbail rayonunda yerləşən 49 saylı "İntellekt" məktəb-liseyin direktoru, əməkdar müəllim Təhminə Əsədovanın oğludur. S.Quliyev subay olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
*****
Bu gün Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın 110-cu km-də, Şabran rayonu ərazisində qeydə alınıb.
10 SA 013 dövlət nömrə nişanlı "Mercedes” markalı minik maşını ilə 85 BS 389 dövlət nömrə nişanlı yük avtomaşını toqquşub. Qəza nəticəsində "Mercedes”in sürücüsü hadisə yerində ölüb. Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin köməyi ilə meyit deformasiyaya uğramış maşından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Maşında olan sərnişin isə ağır bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat idarəsində araşdırmalar davam etdirilir.