Bakıda sərnişin avtobusu aşıb

15 nəfər xəsarət alıb, birinin vəziyyəti ağırdır



Bakıda daha bir avtobus qəzası baş verib. Paytaxtın Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində qeydə alınıb.

195 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu yük avtomobili ilə toqquşub və aşıb. Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasından APA-ya bildirilib ki, qəza nəticəsində 15 nəfər yaralı Klinik Tibbi Mərkəzə aparılıb. Səngəçalda baş vermiş avtobus qəzasında yaralanan sərnişinlərdən birinin vəziyyəti ağırdır. Bakıda sərnişin avtobusunun aşması ilə nəticələn yol qəzasında xəsarət alan şəxslərin adları məlum olub. Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış 15 nəfər xəstəxanaya daxil olub, onlardan 3 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Qəza zamanı xəsarət alan digər 4 sərnişin - 1974-cü il təvəllüdlü Aidə Hüseynova, 1967-ci il təvəllüdlü Mərcan Cavadova,
2004-cü il təvəllüdlü Gülxanım Mürsəlova və 1962-ci il təvəllüdlü Ceyranxanım Məmmədova isə xəstəxanaya yerləşdirilib. Bakıda sərnişin avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərdən bir neçəsinin adı məlum olub. Klinik Tibbi MərkəzdənAPA-ya verilən məlumata görə, qəza zamanı 1956-cı il təvəllüdlü Xanmurad Xandadaş oğlu Dostəliyev, 1986-cı il təvəllüdlü Samir Namiq oğlu Qasımov, 2002-ci il təvəllüdlü Ramin Rəhim oğlu Xəlilov, 1993-cü il təvəllüdlü Elnur Ramin oğlu Muradov, 1987-ci il təvəllüdlü Seyidbala Teymur oğlu Cəfərov, 1983-cü il təvəllüdlü Dilqəm Xəlil oğlu Hacıyev, 1994-cü il təvəllüdlü Rufulla Yadulla oğlu Qurbanov və 1951-ci il təvəllüdlü Səyyad Əliş oğlu Cəbrayılov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. KTM-dən hazırda qəza zamanı xəsarət alan digər 7 nəfərin şəxsiyyətinin dəqiqləşdirildiyi bildirilib.