Putin Poroşenkonun əlini sıxdı

"Bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır"



Rusiya prezidenti Vladimir Putin Belarusun paytaxtı Minsk şəhərində Ukrayna prezidenti Petro Poroşenko ilə görüşüb. Bu haqda Rusiya mediası xəbər yayıb.
Xəbərdə deyilir ki, Müstəqillik Sarayında baş tutacaq sammit öncəsi hər iki ölkənin prezidentləri bir-birinin əlini sıxıb.
Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov öncədən məlumat yaymışdı ki, Putinlə Poroşenko sammitdə Ukraynadakı vəziyyəti və bu ölkəyə edilən humanitar yardımı müzakirə edəcəklər.
Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko və Rusiya prezidenti Vladimir Putin avqustun 26-da Minskə sammitə toplaşan liderlər arasındadır.
Ölkə liderləri isə Gömrük Birliyinin sammitinə gəlib. Sammitdə Belarus prezidenti Lukaşenko, Qazaxıstan prezidenti Nazarbayev, eləcə də Avropa Birliyi rəsmiləri iştirak edir.
Avropa Birliyinin xarici siyasət rəhbəri Katerine Eştonun sözçüsü Maja Kocijancic Brüsseldə deyib ki, Minskdə danışıqlar Ukrayna böhranının həllini müzakirə etmək üçün imkandır.
Poroşenko və Putin axırıncı dəfə iyun ayında Fransada görüşüblər. O vaxt onlar ikinci dünya müharibəsində ikinci cəbhənin açılmasının 70 illiyi şənliklərinə qatılmışdı.

Minskdə Ukrayna – Avropa ittifaqı – "Avrasiya üçlüyü" (Rusiya, Belarus, Qazaxıstan) formatda görüş başlanıb.
Bu haqda görüşdə iştirak edən Ukrayna prezidenti Petro Poroşenko bildirib.
"Bu gün Minskdə, sözsüz, dünyanın taleyi və Avropanın taleyi həll edilir. Məhz mən bizim görüşümüzün potensialını belə qiymətləndirirəm. Biz birlikdə düzgün qərar tapmalıyıq. Mən istərdim ki, bugünkü görüş nəticəsində biz bir neçə ən əhəmiyyətli qərar çıxaraq, hər şeydən əvvəl, müstəqilliyin və bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşaq", - deyə Poroşenko vurğulayıb.
Ukrayna prezidenti görüşdə iştirak etdikləri üçün bütün iştirakçılara təşəkkürünü bildirib.
Minskdə keçirilən görüşdə Belarus prezidenti Aleksandr Lukaşenko, Rusiya prezidenti Vladimir Putin, Qazaxıstan prezidenti Nursultan Nazarbayev iştirak edir.
Görüşdə həmçinin Avropa diplomatiyasının başçısı Ketrin Eşton və avropa komisaarları Hünter Ettinqer və Karl de Quxt iştirak edirlər.
Tərəflər bu görüşdə Donetskdə hərbi münaqişənin həllinə nail olmaq, həmçinin Avropa Birliyi ilə Ukrayna arasında energetika və ticarət münasibətləri sahəsində danışıqlar aparmaq niyyətindədir.