574 nəfər məktəbdə xadimə çalışmaq üçün uzun növbələr yaratdı





Mersində minlərlə vətəndaş məktəblərdə təmizlik vəzifəlisi olaraq işləmək üçün məşğulluq idarəsinin qarşısında uzun növbələr yaratdı.

Səhər saatlarında minlərlə adam iş müraciəti üçün gözləyərkən, 574 nəfərin işə götürüləcəyi öyrənildi. Zaman- zaman izdihamın yaşandığı iş müraciətində ara-sıra mübahisələr də yaşandı. Şəhər ümum təhsil məktəblərində 574 adamın 9 aylıq müddətlə işə götürüləcəyini eşidən işsiz vətəndaşlar, məşğulluq idarəsinin qarşısında toplandı. Səhərin erkən saatlarından yaranan növbələr, binanın yerləşdiyi küçənin arxasına qədər uzandı. Həftə sonuna qədər müraciəti alınacağı vətəndaşlar, püşkatma yolu ilə işə təyin olunacaq. Sıra gözləyən 40 yaşlı 2 uşaq atası Əhməd Yetim, ailəsinin dolanışığını təmin etmək istədiyini dilə gətirərək, sıra gözləyərkən qucağında uşağı ilə pərişan olduğunu söyləyib.