Mesajda deyilir ki, qaz plitəsinin 4-nü də açıq qoyun və yandırmadan gedib yerinizə uzanın yatın. Səhər yuxudan oyanıb deyin ki, çox sağ olun, mən artıq mələyəm
Uşaq və gənclərə yeni təhlükə
“Mavi Balina”nın başqa bir forması ortaya çıxıb
Mesajda deyilir ki, qaz plitəsinin 4-nü də açıq qoyun və yandırmadan gedib yerinizə uzanın yatın. Səhər yuxudan oyanıb deyin ki, çox sağ olun, mən artıq mələyəm
Mesajda deyilir ki, qaz plitəsinin 4-nü də açıq qoyun və yandırmadan gedib yerinizə uzanın yatın. Səhər yuxudan oyanıb deyin ki, çox sağ olun, mən artıq mələyəm
Osman Gündüz : "Telefonlar vasitəsilə təbliğ olunan təhlükəli oyunlarla bağlı Rabitə Nazirliyi ilə digər müvafiq qurumlar monitorinqlər keçirib, qanunvericiliyin verdiyi imkanlar çərçivəsində ölkə ərazisində həmin resurslara girişləri məhdudlaşdıra bilər"
Narınc Rüstəmova: "Valideyn uşağına internet resurslardan doğru istifadə qaydalarını həm pedaqoji, həm də psixoloji baxımdan öyrətməlidir"
Son dövrlərə qədər valideynlərin kabusuna çevrilən "Mavi Balina” oyunundan sonra ortaya yeni bir təhlükə çıxıb. Uşaqları hədəf alıb, onlar arasında ölümü təbliğ edən "Vinks” oyunu da təhlükəli elementləri ilə valideynlərin diqqətini çəkib. Yeni təhlükəli "əyləncə”nin əsas xüsusiyyəti isə iştirakçıların gecə oyaq qalması və qorxunc, təhlükəli tapşırıqları yerinə yetirməsidir. Bunların arasında özünü öldürmə və ya yaxınlarını öldürmə kimi tapşırıqlar da var.
"Gecə hamı yatandan sonra 3 dəfə fırlanın, mələklərdən güc istə, sonra heç kimin gözünə görünmədən mətbəxə gedin, yoxsa arzunuz çin olmaz. Qaz plitəsinin 4-nü də açıq qoyun və yandırmadan gedib yerinizə uzanın yatın. Səhər yuxudan oyanıb deyin ki, çox sağ olun, mən artıq mələyəm”. Bu mesaj «Kak statğ feey Oqnə iz Vinks" adlı mobil oyunda yazılıb. Sözügedən mesajı sosial şəbəkələrdə paylaşaraq valideynləri ayıq-sayıq olmağa, uşaqlara qarşı nəzarəti artırmağa çalışır. Uşaqların psixoloji təhdid altında olduğunu bildirən valideynlər bu təhlükəli oyunun bağlanması üçün lazımı tədbirlərin görülməsini istəyir.
Bəs övladlarımızı bu təhlükədən uzaq tutmaq üçün nə etməliyik?
Ekspertlər valideynləri uşaqlarını ölüm gətirən təhlükəli oyunlardan qorumaq üçün onların telefonlarına nəzarət etməyə çağırır.
Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsində ekspert Osman Gündüz ötən illərlə müqayisədə bu cür oyunlarla mübarizə aparmağın bir qədər asanlaşdığını deyib. Onun sözlərinə görə, belə hadisələrin qarşısını almaq, uşaqları zərərli informasiyalardan qorumaq üçün ölkənin qanunvericilik bazası xeyli təkmilləşdirilib.
"Artıq bu problemi aradan qaldırmaq üçün Nəqliyyat, Rabitə, Yüksək Texnologiyalar Nazirliyinin yetəri qədər səlahiyyətləri var. Məhkəmənin qərarı olmadan qəti addımlar atıb müvafiq resursları bağlaya bilər. Hesab edirəm ki, telefonlar vasitəsilə təbliğ olunan təhlükəli oyunlarla bağlı Rabitə Nazirliyi ilə digər müvafiq qurumlar monitorinqlər keçirib, qanunvericiliyin verdiyi imkanlar çərçivəsində ölkə ərazisində həmin resurslara girişləri məhdudlaşdıra bilər".
O. Gündüzün sözlərinə görə, bu təhlükənin qarşısını almaq dövlət qurumlarından daha çox valideynlərin öhdəsinə düşür: "Belə hallar adətən ya valideynin uşaq üzərində nəzarəti yetərli olmadıqda və ya valideynin informasiya texnologiyalarını yaxşı bilmədikdə baş verir. Psixologiyası zəif olan uşaqlar isə belə təsir altına tez düşürlər. Valideynlər uşaqları faydalı şeylərə istiqamətləndirməlidirlər. Təhsil qurumları da valideynlərə daha yaxındır. Onlar valideynlərlə maarifçilik işləri apara bilərlər. Bu işdə Azərbaycanın Elektron Təhlükəsizlik Mərkəzi də rol oynaya bilər. Mərkəzin əməkdaşları mediaya çıxaraq valideynləri bu oyunlar, onların fəsadları ilə bağlı maarifləndirməlidirlər”.
Psixoloq Narınc Rüstəmova isə hesab edir ki, valideynlər kompüteri, telefonu tam məhdudlaşdırmaq yerinə, bəzi qaydalara əməl etməklə uşağını nəzarətdə saxlaya bilər:
"Məsələn, uşağın otağına kompüter qoyularsa, kompüter ekranı açılan qapı ilə eyni istiqamətdə olmalıdır. Valideyn içəri girəndə uşağın ekranda nə ilə məşğul olduğunu görməlidir. Valideynlər İT mütəxəssislərinin yardımını almalıdır. Oyunlara, pornoqrafik videolara, digər təhlükəli saytlara, informasiyalara giriş qadağan olunmalıdır. Bu şəkildə ailə öz çevrəsini qorumağa çalışsın. Türkiyədə bu tip oyunlar oynamaq, ya görüntülərə baxmaq istəyən şəxsin yaşı 18-dən yuxarı olmalıdır, giriş üçün isə ondan hesab kartının nömrəsi istənilir.
Yəqin bizdə də bunun təbliğatı aparılar. Ailə kiçik dövlətdir. Təbii ki, oyunları tam məhdudlaşdıra bilmərik. Biz deyə bilmərik ki, uşağın kompüteri olmamalıdır və yaxud bu cihazlardan istifadə etməməlidir. Əksinə, valideyn uşağına internet resurslardan doğru istifadə qaydalarını həm pedaqoji, həm də psixoloji baxımdan öyrətməlidir. Uşaq hansı yaş qrupundadır və kompüterdən nə qədər müddət istifadə etməlidir, bu detallara diqqət etmək lazımdır”.
Şəymən