60 il sonra yenidən ortaya çıxdı





Əfqanıstanda 60 ildir görülməyən iti dişli müşk maralı, ölkənin şimal-şərqində yenidən təsbit edildi. Əfqanıstana xas Kaşmir müşk maralının 1948-ci ildə yox olduğu sanılırdı. Əfqanıstan torpaqlarında ən son 1948-ci ildə görülən müşk maralı, ölkənin şimal-şərqində edilən kəşf gəzintilərində yenidən ortaya çıxdı. Vəhşi Təbiəti Qoruma Birliyi (WSC), Kaşmir müşk maralına ot və tik qayalarlarla bağlı ərazilərdə ən az beş dəfə rast gəlindiyini açıqladı. "Oryx” jurnalında nümayiş olunan araşdırmaya görə, müşahidələrdə ən az bir dişi, bir bala və bir dənə də tək başına gəzən dişi maral görüldü. Maralların tapıldığı ərazinin bol ardıç ağacı və meşə gülü ilə dolu olduğu ifadə edildi. Araşdırmaçılar, ürkək olan maralın təsbit edildikləri nöqtələrdə uzun müddət qalmadığını, buna görə fotolarını əldə edə bilmədiyini ifadə etdi. İti dişləriylə diqqət çəkən canlının Asiyada yaşadığı bilinən yeddi növündən bir dənəsi olan Kaşmir müşk maralının, 60 il əvvəl yox olduğu sanılırdı. Müşk maralı, həyat sahələrinin azalması və Qaçaq ovlanma səbəbiylə bu gün nəsili tükənmə təhdidi altında olan canlılardan bir dənəsidi. Əsrlərdir ətir və qoxu etmənin yanında dərman istehsalında da istifadə edilən müşk maralları, bazarlarda son dərəcə yüksək bir dəyərə alıcı tapır. Canlının yarım kilodan az gələn dərisi 40 min dollar ətrafında satıla bilir.